INFORMATIKA 9
Saytin bolmeleri
Bizim sorgu
Saytimizi qiymetlendirin
Cavab sayi: 328
Ana sehife » 2007 » Avqust » 30 » Islam dininin gozellikleri...
Islam dininin gozellikleri...
22:26
Muselman baci ve qardaslarimizin nezerine artiq saytimizin Sitatlar bolmesine Islam kateqoriyasini elave etdik.Gozel meqaleler, Islam tarixi, Islam exlaqi haqqindaki bilikleriniz genislendire bilersiniz...
 
P.S : Bolumun Moderatoru ile elaqe ==> E-mail : sheyxaxi@gmail.com
Baxis: 2322 | Elave etdi: Kamil | Reytinq: 4.8/5 |
Всего комментариев: 221 2 3 »
22 HACI RAFIQ IMANOV  
0
İNSAN !
İnsan kimdir ?

İnsan Allah tərəfindən yaradılıb
İnsan torpaq və sudan yaranıb
İnsan şüurludur
İnsan ona verilmişlərlə yaşayır
İnsana verilib bütün gözə görünənlər
İnsana tabedir bəşəriyyət
İnsanlar İslam dininə indi tabe olmalıdırlar
İnsanlar dünyanın faniliyin bilməlidirlər
İnsan zikr və dua etməklə yaşamalıdır
İnsan əməyi sevməlidir
İnsan zina etməməlidir
İnsan *iki qanadlı* Elmli olmalıdır
İnsan kafirlikdən qaçmalı,qeybət etməməlidir
İnsan düz danışmalıdır
İnsan çəkini düz aparmalıdır
İnsanın insandan fərqi yoxdur
İnsan sülh tərəfdarı olmalıdır
İnsan qiymət almağı və verməyi bacarmalıdır
İnsan insanın qədrin bilməlidir
İnsan Haramdan qaçmalıdır
İnsan üçün cinsi əlaqə, sonuncu fikir olmalıdır
İnsana verilmiş ailə-övlad Allah əmanətidir
İnsan dilini qorumalıdırki,bəlaya düçar olmasın
İnsan, qüsurlu insanların dayağı olmalıdır
İnsan istehsal etməyi, istehlakdan üstün bilməlidir
İnsanın bədəni*ətirli*olmalıdır
İnsan gündəlik vacibatı vaxtlı-vaxtında yerinə yetirməlidir
İnsan ona daxil və ondan xaric olanı vaxtında etməlidir
İnsan evində qulluqçu saxlamamalıdır
İnsan təkəbbürlü olmamalıdır
İnsan özünü və özününküləri tərifləməməlidir
İnsan onunla çiyin çiyinə çalışanlara xain olmamalıdır
İnsan oğru,furuldaq,yalançı,atan,əclaf,şərəfsiz,böhtançı və s.olmamalıdır
İnsan bilməlidir:müsəlman-müsəlmanın qardaşıdır
İnsan valideyinlərini sevməlidir
İnsan hardan gəlib,hara getdiyini bilməlidir
İnsan müvəqqəti yaşamaqçün yaranıb
İnsanlar Allah dərgahına dirildilib, imtahan üçün qayıdacaqlar.


21 Hacı Rafiq İmanov  
0
Qız, qadın və gəlinlər haqqında deyilən xurafatlardan bəzi nümunələr.
• Qadının saçı uzun, ağlı qısadır kişilərə nisbətən.
• Evdən çıxan kişi işinə gedərkən qabağını qadın kəssə işi tərs gedər.
• Qısa boylu qadın uğursuzdur.
• Heyzli (aybaşılı) qadın tərəvəz bağçasından keçsə tərəvəzləri qurudar.
• Aybaşılı qadın axşam azanından sonra küpdən turşu çıxarsa turşu pozular.
• Gəlin evə ilk gəldiyində qayınanasının* iki qıçı arasından* içəri girsə hörmətli olar.
• Bir qız axşam azanı oxunarkən nərdivan altından keçsə sonsuz qalar.
• Cümə günü azan oxuyan müəzzinə qızın başörtüsü və ya yaylığı yellətdirilsə qisməti çıxar.
• Uşağı yaşamayan bir qadın biri yatırda "Bunu sənə satdım" deyər və qurban kəsdirər. Uşaq dünyaya gəlincə əgər qız isə adını satı, oğlan olsa Satılmış qoyar. Əks halda uşağı yaşamaz.
• Uşağı ölən qadın Cümə günü işləməz.
• Gəlin olanın duvağı evdə qalmış qızın başında həll edilsə bəxti açılar.
• Evdə qıfıllanan qıfıl, bayram səhəri və ya Cümə günü, namazdan əvvəl imam tərəfindən məsciddə açılsa qızın bəxti açılar.
• Uşağı yaşamayan qadın yenidən doğum etdiyində 40 evdən yığdığı parçalarla köynək tikib uşağına geydirsə uşağı yaşayar və ömrü uzun olar.
• Aş tənqid edən bir qadın çirkin bir yerə baxsa uşağı kifir olar.
• Doğum edən qadın yeddi gün uşağının yanından çölə çıxmaz. Çıxarsa cinlər gəlir uşağı aparar. Başqa bir uşaqla dəyişdirər.
• Doğuran qadının (lohusanın) olduğu yerə süpürgə, Quran, soğan, sarımsaq asılsa lohusa və uşağa zərər verməz.
• Lohusa qadının və uşağın yastığı altına iynə, çuvaldız, xəncər, bıçaq qoyulsa asəbləşməz.
• Bir hamilə qadın ölü yuyunarkən suyundan atdansa uşağı huşsuz doğular (Kipr).
• Evli birinin üzüyünü subay qız taxsa qisməti kəsilər (Kipr Xalq İnanışları).
• Subay qız, evli birinin gəlinliyini geysə qisməti kəsilər (Kipr).
• Hamiləykən yumurta yeyən qadının uşağı tənbəl olar (Kipr).
• Hamiləykən anında açar açanın doğumu asan olar (Kipr).
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!" (4/Nisa, 1)

20 Hacı Rafiq İmanov  
0
* ЩАЪЫ *ЛАРА МЯХСУСДУР

1.Намаз гылмаг, (эцндя 5 дяфя)
2.Зийарят етмяк,
3.Дцзэцн тиъарят вя хейриййячилик, (тярязидя кясмяк бюйцк эцнащдыр)
4.Касыб вя йохсулларла марагланмаг,ял тутмаг,
5.Йетим ушаг вя дул гадынлара йардым етмяк
6.Дилянчиляря гайьы,əl tutmaq. (ясил дилянчи)
7.Бядяни göstərməyən эейим эеймяк (голлу палтар)
8.Гыса вя конкрет данышмаг
9.Мюмин щярякатынын вя динин тяблиьи,
10.Бцтцн сорьуйа там дцзэцн дягиг фəтфа вермяк,
11.Там тямиз вя пак йемяк-ичмяк,
12. Эюрдцйцнц гойуб,билмядикляриня,ешитдикляриня эетмямяк,
13.Бядяни щяр ан тямиз вя ятирли олмалы,
14.Тярбийяви-яхлаги ящямиййятли, сющбят етмяк,
15.Барышдырыъы мювгейдя дайанмаг,
16.Башга гадынларла(кишилярля)башга цнсцййятдя(zina) олмамалы,
17.Там йахын олмайан инсанлара щятта яли дяймямяли,
18.Гумар,спиртли ички,наркотика вя с.haramdan узаг олмаг,
19.Ислам дининя садиг олмалы,
20.Оьурлуг,гейбят,архадан данышмамаг вя вурмамаг,
21.Бцтцн ъанлылара кюмяк етмяк,
22.Ъанlılaра (təbiətə)гайьы эюстярмяк (биткилярин суланмасы və s.),
23.Кясмяк,мящф етмяк,йох етмяк вя с.гялбиндя олмамалы,
24.Газлы,чиркин,буландыг,iyi-qoxulu вя с. су ичмямяк,
25.Гадынлара баш ачыг эязмямяк,
26.Савашанлары,кцсцлцляри барышдырмаг,
27.Мяълислярдя юзцнц сакит вя садя апармалы,
28.Аз йашлы ушаглара ъидди нязарят вя кюмяк.
29.Ички мяълисляриндян узаг олмаг,
30.Мцсялман ювладына , мяхсус ямялляри там гябул етмяк.
31.Аллащын адыны мцгяддяс сахламаг.
32.Аллащын və пейьямбярляринин дярин щюрмятини юзцндя эяздирмяк.
33.Бцтцн тялябляря ямял едян müsəlmanlara Hacı deyilir.
34.Дювлятиня-халгына вя аилясиня садиг,уьрунда юлмяйя щазыр олмалы.
35.Мцсялманлар арасында фярг гоймамамалы.
36.Щарамдан кянар,щалал иля бирэя олмалыдыр.
37.Subayları evləndirməyə cəhd göstərmək.
38.Gün ərzində bütün namazlara müraciət etməlı-qılmalıdır.
39.İslam Dinindəki Alimlərin kitablarına müraciət etməli-oxumalıdır.
40.Qurani Kərimlə yaşamalıdır.


19 Hacı Rafiq İmanov  
0
71.Əri çölə çıxdığı zaman onun əyin-başına geyiminə, paltarının ütüsünə diqqət yetirməlidir. Çünki ərin səliqəsiz, ütüsüz və çirkli paltarla bayıra çıxması başqalarında onun arvadının pinti və bacarıqsız olması fikrini yaratmış olacaq.
72.Bütün qəyyumluq hüquqlarını ərinə verməlidir.
73.Faldan, falçılıqdan və falçılardan, o cümlədən sonradan dinə gətirilmiş yeniliklərdən (bidətlərdən) uzaq olmalıdır. Nəzərə almaq lazımdır ki, bu kimi işlər insanı dindən çıxarır.
74.Ərinə şəxsən özü qulluq etməli, özü yemək gətirməli, çay süzməlidir. Bunun üçün xadimə saxlamağı düşünməməlidir.
75.Qadını öz biçimindən çıxararaq islami dəyərlərə xələl gətirən modadan uzaq olmalıdır.
76.Əri ona qəzəbləndiyi zaman tez bir müddətdə onu sakitləşdirməlidir ki, bu tərəflər arasındakı müəyyən xoşagəlməz fəsadlara səbəb olmasın. Necə deyərlər, bir od olanda biri də yaş olmalıdır.
77.İlk öncə əri, sonra isə digər insanlarla qarşılıqlı ünsiyyət qurmağı bacarmalıdır.
78.Qadın öz rəfiqələri və çevrəsindəki həmcinslərinə gözəl nümunə olmalı, onlar arasında geyimi, danışığı, ləyaqəti və əxlaqı misal göstərilməlidir.
79.Şəriətin buyuruduğu hicablardan örtməli, nazik tül örtüklərdən imtina etməlidir.
80.Geyimində, görünüşündə və bəzlənməsində sadəliyini qoruyub saxlamalıdır.
81.Ailədə müəyyən problemlər yarandıqda belə heç kəsin, hətta öz valideynlərinin onun ailəsinə müdaxilə etməsinə imkan verməməlidir.
82.Əri hansısa bir səbəbə görə səfərə çıxdıqda ona sağ-salamat qayıtmağı arzu etməli, yoxluğunda ona daha da sadiq olmalı, əri ona telefon açdıqda əsla bəd xəbərlərlə onun ovqatını korlamamalı, əksinə, ona arxayınlıq gətirən xəbərlər verməli, zarafatlaşmalı, ərini evinə dönməyə tələsdirən xoş sözlər söyləməlidir.
83.Ümumi və xüsusi işlərində ərindən məsləhətlər almalıdır.
84.Ərinin hislərinə hörmətlə yanaşmalı, onun xətrinə dəyəcək hər hansı söz və hərəkətdən uzaq olmalıdır.
85.Ərini bütün varlığı ilə sevməli, sevgisinin sədaqətini ona bildirməlidir. Çünki xoş sözlərdən uzaq olan evlilik həyatı ailə səadətinin yan keçdiyi bir həyata bənzəyir.
86.Əri ilə fikir mübadiləsi etməlidir.
87.Füsunkar zinətlərlə bəzənib bədəninin gözəlliklərini ərindən başqa digər kişilərə nümayiş etdirməməlidir.
88.Əri ona hədiyyə verdikdə təşəkkür etməli, hədiyyəni bəyənməsini və şad olmasını biruzə verməli, hətta hədiyyə ucuz və onun zövqünə uyğun olmasa belə bunu ona əsla hiss etdirməməlidir. Çünki bu sevinc kişi üçün qadın məhəbbətinin isbatıdır. Əgər qadın zövqünə münasib olmadığına görə hədiyyəni qəbul etməsə və bu azmış kimi buna görə ərini məzəmmət etmiş olsa, bu hal tərəflər arasında soyuqluğa, kin-küdurətə və nifrətə gətirib çıxarmış olar.
89.Qadın həssas, daxilən pak və yüksək əxlaqa sahib olmalıdır. Çünki qadın nə qədər əxlaqlı və nə qədər mömin olsa, bir o qədər də insanların sevgisini və hörmətini qazanmış olar.
90.Ərinin psixoloci keyfiyyətlərini, temperamentlərini öyrənməyə çalışmalı, nəyə sevindiyini, nəyə kədərləndiyini, nəyə qəzəbləndiyni, nəyə güldüyünü və nəyə ağladığını bilməlidir. Çünki qadının ərinin bu keyfiyyətlərinə bələd olması bir çox ailədaxili problemlərin yaranmasına mane olan faktorlardandır.
91.Ərinə nəsihətlər və tövsiyyələr verməli, ona doğru yolu göstərməli, ər də öz növbəsində bu nəsihətləri qəbul etməlidir. Allahın elçisi (s) bizlər üçün təqlid olunası bir nümunədir. O da öz növbəsində müəyyən məqamlarda zövcələrinin tövsiyələrini qəbul edər və onlara uyğun addım atardı.
92.Tələsməsi lazım olan məqamlarda gecikməməli, gecikməli olduğu məqamlarda isə tələskənlik göstərməməlidir.
93.Öz eyb və nöqsanlarını görməli, onları islah etməyə çalışmalı və ərinin bu barədə olan iradlarını qəbul etməlidir. Bu haqda Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun!) sözünü yada salmaq lap yerinə düşərdi: “Mənə nöqsanlarımı göstərənə Allah mərhəmət göstərsin!”
94.Tam mənası ilə ərinə hörmət göstərməli və onu daim təqdir etməlidir.
95.Öz şəxsiyyətinə hörmət qoymalı, nə geyimində, nə danışığında, nə də hərəkətlərində heç kəsi təkrar etməməlidir.
96.Bütün sahələrdə xəyalpərəst deyil realist olmalıdır.
97.Şəriətin qoyduğu hüdudlar çərçivəsində əri ilə gəzintiyə çıxmalı, ailəsinə sevinc və səadət gətirməyə can atmalıdır.
98.Şirin söz qəlbin açarıdır. Qadın hər dəfə ərinə mənalı şirin sözlər söylədikdə, xüsusi ilə də ər bu sözlərin sevgi dolu bir qəlbin dərin guşələrindən gəldiyni duyduqda ona olan məhəbbəti birə-beş artır və bu qadın onun həyatının ən sevimli qadınına çevrilir.

18 Hacı Rafiq İmanov  
0
61.Qadın möminlik keyfiyyətləri istisna olmaqla hər hansı bir yad kişini əsla ərinin qarşısında tərifləməməlidir. Çünki bu kimi hallar ərin xoşagəlməz qısqanclığına və beləliklə müəyyən ailədaxili problemlərin yaranmasına gətirib çıxara bilər.
62.Ərinin sirrini qətiyyən açmamalı, necə deyərlər, əmanətə xəyanət etməməlidir.
63.Əri yanında ola-ola curnal oxumaq, radio dinləmək kimi əlavə məşğuliyyətlərə yer verməməli, ərinə bütün varlığı və ruhu ilə onun yanında olmasını hiss etdirməlidir.
64.Bacardığı qədər az və mənalı danışmalı, necə deyərlər, “Danışmaq gümüşdürsə, susmaq da qızıldır” prinsipinə riayət etməlidir.
65.Vaxtını sərfəli işlərə sərf etməli, dedi-qodudan, boş-boğazlıqdan, göz gəzdirməkdən və qeybətdən uzaq durmalıdır.
66.Özündə olmayan hər hansı bir şeylə öyünməməlidir.
67.Quranın qiraətinə üstünlük verməli, elmi kitabların mütaliəsinə maraq göstərməlidir.
68.Evdən bayıra çıxdıqda bər-bəzəkdən, ehtirası oyadan ətriyyatdan uzaq olmalıdır.
69.Allahın və onun elçisinin dininin təbliğatçısı olmalı, ilk öncə ərini, sonra ailəsini, sonra isə çevrəsindəki insanları bu yola çağırmalıdır.
70.Ərinin fikirlərinə hörmətlə yanaşmalıdır. Bu, ailədə qar-şılıqlı hörmətin bir nümunəsidir.

17 Hacı Rafiq İmanov  
0
31.Allaha və Onun elçisinə (s) zidd olan əmrlər istisna olmaqla ərinin bütün göstəriş və tapşırıqlarını canla-başla yerinə yetirməlidir.
32.Verdiyni ərinin üzünə vurmamalıdır.
33.Nafilə (könüllü) orucu tutarkən ərindən izn almalıdır.
34.Ərinin yoxluğunda ondan icazəsiz məhrəm insanları evə almamalıdır.
35.Əsla başqasını ərinə nümunə gətirməməlidir. Bu hal ailənin mövcudluğuna olan ən böyük təhlükədir.
36.Son dərəcə həyalı olmalıdır.
37.Əri istədiyi zaman onunla yaxınlıqdan əsla imtina etməməlidir.
38.Üzürlü səbəb olmadan ərindən boşanmağı tələb etməməlidir. Çünki şəriət tərəfindən bu qadına haram buyurulmuşdur.
39.Ərinin tələb və əmrlərini hətta öz valideynlərinə belə təqdim etməkdən çəkinməməlidir.
40.Özünü kişilərə bənzətməkdən tamamilə uzaq olmalıdır.
41.Ərinə cinsi yaxınlıq duasını unutduğu zaman xatırlatmalıdır.
42.Cinsi münasibət barədəki aralarındakı sirrləri yaymamalı və öz həmcinslərinə qətiyyən bu barədə danışmamalıdır.
43.Ərinə qətiyyən əziyyət verməməlidir.
44.Əri ilə əylənməli və ya mazaqlaşmalıdır.
45.Cinsi əlaqə başa çatdıqdan sonra hər ikisi birgə qüsl almalıdır. Bu hal tərəflər arasındakı sevgi bağlarını daha da möhkəmləndirir. Aişə (Allah ondan razı olsun!) bu barədə belə deyərdi: “Allahın elçisi (s) ilə mən cənabət qüslü ( Cinsi əlaqədən sonra alınan qüsl)zamanı bir qabdan su götürərdik. Əllərimiz bir-birinə toxunardı”.
46.Ərinin izni olmadan onun pulundan xərcləməməlidir.
47.Ərində xoşagəlməz bir keyfiyyət gördüyü zaman buna dözməsi tövsiyyə olunur. Çünki onda başqa elə gözəl keyfiyyətlərə rast gələ bilər ki, boşandıqdan sonra başqasında belə keyfiyyətlər tapa bilməsin.
48.Qadın görünməsi ayıb olan əzalarını ərindən başqa heç kəsə göstərməməlidir.
49.Ərinin ən çox xoşladığı yeməyi bişirməlidir.
50.Ərinin və övladlarının hüquqlarını və malını qorumaqla ərinin Allaha itaət göstərməsində maraqlı olmalı, əri dini ayinlərin icrasını unutduğu zaman ona xatırlatmalı, tənbəllik etdikə onu vadar etməli, qəzəbləndikdə isə razı salmağı bacar-malıdır
51.Qadın ərinin onun üçün nə qədər mühüm olmasını, ərinin ona hava-su kimi lazım olmasını ona hiss etdirməlidir. Çünki kişinin psixologiyası belədir ki, arvadının ona möhtac olduğunu hiss etdikdə, özü ona daha da yaxın olmağa can atır. Lakin istər maddi, istərsə də mənəvi cəhətdən kişi özünün ar-vadı üçün lazımsız olduğunu anladıqda özü ondan soyumağa başlayacaq.
52.Ərinin vaxtilə yol verdiyi səhvləri onun başına vur-mamalı, əksinə, birgə yaşamış olduqları gözəl xatirələri yada salmağa çalışmalıdır.
53.Qadın ərinin ailəsinə öz sevgisini, məhəbbətini, ehti-ramını göstərməli, bunu ərinə hiss etdirməli, ərinin yanında və yoxluğunda onlar üçün dualar etməli, ərinə onun ailəsi ilə tanış olmasına necə də şad olduğunu bildirməlidir. Çünki qadının ərinin ailəsinə qarşı sayqısızlığı və soyuqluğu həm onlar, həm də əri ilə öz arasında müəyyən problemlərə səbəb olur ki, bu da çox vaxt birbaşa ailənin dağılması ilə nəticələnir.
54.Qadın daima ərinin ən çox sevdiyi yeməyə, geyimə və hərəkətlərə üstünlük verməlidir.
55.Əri evdən çıxdığı zaman onunla ən gözəl sözlərlə vi-dalaşmalı, onu qapının ağzına kimi ötürməlidir. Çünki qadın bu yolla ərinə olan diqqət və bağlılığını nümayiş etdirmiş olur.
56.Axşam işdən evə döndükdə isə onu gülər üzlə, “Xoş gəldin” deməklə qarşılamalı, iş yorğunluğunu üstündən qaldırmağa can atmalıdır.
57.İstər hərəkətləri ilə, istərsə də sözü ilə ərinə olan sevgis-ini biruzə verməlidir.
58.Ərini ona əy yaxın insanlardan, hətta öz atasından belə üstün tutmalıdır.
59.Əri danışdığı zaman susmalı, ona fürsət tanımalı və onu axıra kimi dinləməyi bacarmalıdır. Bu halda ər arvadının ona qarşı diqqətli olduğunu düşünməyə başlayacaqdır.
60.Eyni səhvi ikinci dəfə təkrarlamamalıdır. Çünki qadının yol vermiş olduğu səhvlərdən nəticə çıxarmaması ərinin gözündə hörmətdən düşməsinə səbəb ola bilər.

16 Hacı Rafiq İmanov  
0
KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT
1.Gizlində və aşkarda Allaha və Onun elçisinə (s) itaət göstərməli və öz əməlisalehliyi ilə başqalarına nümunə olmalıdır.

2.Ərinin yoxluğunda onun namusuna və mal-dövlətinə sadiq qalmalıdır.
3.Əri ona baxdıqda öz zahiri və daxili gözəlliyi ilə onu özünə cəlb etməlidir. Çünki qadın öz görünüşündə nə qədər zərif, incə və cazibədar olsa, ərinin ona bağlılığı da bir o qədər möhkəm olar.
4.Ərinin izni olmadan evdən bayıra çıxmamalıdır.
5.Daima ərinə təbəssüm bəxş etməlidir.
6.Tez-tez ərinə təşəkkür etməli, eyni zamanda onun səbəbinə bu evlilik nemətini dadmasına və ana olmasına görə Allaha şükürlər etməlidir.
7.Ərindən nəsə bir şey istədikdə bunun üçün münasib bir vaxt seçməlidir.
8.Gözəl əxlaq sahibi olmalıdır.
9.Açıq-saçıq vəziyyətdə evdən kənara çıxmamalıdır.
10.Mübahisə zamanı səsini ərinin üstünə yüksəltməməlidir.
11.Ərinin yoxsulluğuna səbir, zəngilliyinə şükr etməlidir.
12.Ərini qohumcanlı olmağa sövq etməlidir.
13.Xeyirli işlərdə ərinə nümunə olmalıdır.
14.Doğruluğu və dürüstlüyü ilə tanınmalı, yalandan həmişə uzaq olmalıdır.
15.Övladlarını Allaha və Onun elçisinə (s) məhəbbət üzərində tərbiyə etməli, tez-tez onlara ataya hörmət bəsləməyin, ona itaət göstərməyin zəruriliyini aşılamalıdır.
16.Əsəblərini cilovlamağı bacarmalıdır.
17.Başqalarını lağa qoyub istehza etməməlidir.
18.Təkəbbürdən, eqoizmdən uzaq olaraq təvazökar olmalıdır.
19.Evdən bayıra çıxdıqda yad kişilərə gözünün ucu ilə belə baxmamalıdır.
20.Dünya malına həris olmamalı, daha çox axirət üçün – Tanrı ilə görüş günü üçün yaşamalıdır.
21.Gizlində və aşkarda ümidsizliyə qapılmayaraq Allaha təvəkkül etməlidir.
22.Dini vacibatları vaxtı-vaxtında icra etməlidir.
23.Ərinin ailə başçısı və onun ağası olmasını sözdə və əməldə etiraf etməlidir. Allah-taala Qurani-Kərimdə ərin ağa olmasını belə vurğulayır: «...Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar...». (Yusuf, 25.)
24.Ərinin onun üzərindəki haqqının onun əri üzərindəki haqqından böyük olmasını sözdə və əməldə etiraf etməlidir.
25.Yol verdiyi səhvlərin etiraf edilməsində tərəddüd etməməli, əksinə, xətalarını boynuna almağa tələsməli və buna gətirib çıxaran səbəbləri izah etməlidir.
26.Daimə Allahı zikr etməli, dilindən Allah sözünün əksik olmamalıdır.
27.Anus yolu ilə cinsi təmas istisna olmaqla ərinin istədiyi şəkildə cinsi əlaqəyə girməsinə etiraz etməməlidir.
28.Tələbləri ərinin imkan xaricinə çıxmamalı, ona ağırlıq gətirməməli və aza qane olmalıdır.
29.Cavanlığı, gözəlliyi, savadı və iş qabiliyyəti ilə özünü ərindən üstün tutmamalıdır. Unutmaq lazım deyil ki, bu keyfiyyətlərin hər biri müvəqqətidir.
30.Bədəni, geyimi və görünüşündəki təmizkarlığı və səliqəsi.


15 Hacı Rafiq İmanov  
0
BÖYÜK GÜNAHLAR
1-Allah-taalaya şәrik qoşmaq.
2-Allah-tәalanın möhtərəm etdiyi şәxsi qәtlә yetirmәk.
3-Valideynә hörmәtsizlik.
4-Cәbhәdәn qaçmaq.
5-Zülm olaraq yetim malını yemәk.
6-Ribaxorluq (sәlәmçilik).
7-İffәtli qadını zinakarlıqda müttәhim etmәk.
8-Zinakarlıq.
9-Lәvat (kişilәrin həmcinsbazlığı).
10-Oğurluq.
11-Qeyri-zәruri hallarda murdar, qan, donuz әti vә şәriәt qaydası ilә kәsilmәmiş heyvan әtini yemәk.
12-Çәki vә tәrәzi vasitәsi ilә fırıldaqçılıq vә s... yollardan әldә etdiyi haram malı yemәk.
13-Qumar.
14-Zülm şәhadәti.
15-Allahın mehribanlığına naümidlik.
16-Allah-taalanin mәkrindәn (әzabından) özünü amanda bilmәk (arxayinliq).
17-Allah-taalanin rәhmәtindәn məyus olmaq.
18-Mәzlumlara kömәk etmәmək.
19-Zalımlara meyilli olmaq.
20-Yalan and.
21-Heç bir çәtinlik olmadan başqasının hüquqlarını qaytarmamaq.
22-Tәkәbbürçülük.
23-Yalan danişmaq.
24-İsrafkarlıq.
25-Xәyanәt.
26-Hәcci yüngül saymaq.
27-Allah-taalanın dostları (mә`sumlar vә onların canişinlәri) ilә müharibә etmәk.
28- İnsanı Allahın zikrindәn ayıran bihudə vә puç işlәr görmək.
29-Kiçik günahları tәkrar etmәk».

“ 5 şeyә әmәl etdikdәn sonra istәdiyin qәdәr günah et:

1. Allah-taalanın ruzisindәn yemә vә sonra istәdiyin qәdәr günah et:

2. Allah-taalanın vilayәtindәn (məmləkətindən) xaric ol vә istәdiyin qәdәr günah et.

3. Allah-taalanın sәni görә bilmәyәcәyi bir yer tap vә istәdiyin qәdәr günah et.

4. Ölüm mәlәyi ruhunu almaq üçün gәldikdә onu özündәn qovmağı bacar vә sonra istәdiyin qәdәr günah et.

5.(Qiyamәt günü) mәlәk (Allahın mә`muru) sәni cәhәnnәm oduna daxil etmәk istәdikdә daxil olma vә istәdiyin qәdәr günah et».


14 Hacı Rafiq İmanov  
0
DOST
Dostun o adamdir ki,-onun yanına gecə 12-də də gedə bilərsən.
Dostun o adamdir ki,-onunla həm aglaya,həm də susa bilərsən.
Dostun o adamdir ki,-ən çətin məqamda səni dinləyə bilir.
Dostun o adamdir ki,-bütün ətrafdakılar səndən üz döndərəndə o sənə sadiq qalır.
Dostun o adamdir ki,-heç kim səni başa düşməyəndə o səni başa düşür.
Dostun o adamdir ki,-səni bütün çatışmamazlıgınla qəbul edir,hətta bunlar onu agrıtsa belə.
Dostun o adamdir ki,-sənin xoşuna gəlməsə də həmisə sənə həqiqəti deyir.
Dostun o adamdir ki,-səninlə həmişə səmimidir,çünki bilir ki,onu başa düşəcəksən.
Dostun o adamdir ki,-başqalarına bagışlamayacagin hərəkətləri ona bagışlayirsan.
Dostun o adamdir ki,-özünə gorə səninlə dostluq etmir,ona sərf etməyəndə də səninlə dostdur.
Dostun o adamdir ki,-səninçün ən qiymətli olanlarını belə əsirgəmir: vaxtını,maraqlarını,hətta həyatını.
Dostun odurki,o bu yolun səninlə təmənnasız yolçusudur.
Dostun odurki,qüsurunu təkliyə çəkib deyr.
Dostun odur ki,həmişə,hər məsələ həllində gözünə baxır.
Dostun odur Ki, düzgün namaz qılandır və İslam dinini səninlə bərabər sevir.
Dostun odur ki,səni həmişə namazlara,ziyarətlərə,vacib əməllərə səsləyir.
Dostun odur ki,valideyinini valideyni,doğmalarını doğmaları qəbul edib.

Hər dostunam dost deyənə inanma
Səhf etməki, yad tərəfdən qınanma
Sübutlu gəz, faktın olsun sınanma
Dost sözünün dərin ümmanı vardır.

Hacı Rafiq dost mənasın açıbdır
Yalan olan, sevənlərdən qaçıbdır
Gözəl dostun bəhrəsüçün acıbdır
Dost sözünün böyük dəryası vardır
DOST : 1.D- Dərin 2.O-Odlu 3.S-Sadiq 4.T-Təmkinli.


13 Hacı Rafiq İmanov  
0
XƏDİCƏ İLƏ EVLƏNMƏSİ
Həzrət Muhəmmməd (s) iyirmi beş yaşında ikən əmisi Əbu Talib ona belə dedi: “Qüreyş qəbiləsinin Şama gedən ticarət karvanı hazırdır. Xuvəylidin qızı Xədicə sənin qohumlarına pul verib ki, ticarət etsinlər və gəlirə də şərik olsunlar. Əgər istəsən səni də qəbul edər.” Sonradan o Həzrət, Xədicə ilə bu barədə söhbət etdi və o da bu təklifi qəbul etdi. İbni İshaqın yazdığına görə Xədicə Muhəmməd (s)-ın əmanətdar və şərəfli bir insan olduğunu bilərək ona xəbər göndərir ki, əgər bu ticarət səfərində iştirak etməyə razılıq versən sənə düşən payı artıqlaması ilə verəcəyəm.
Bu ticarət səfərindən Xədicə çoxlu sayda gəlir əldə etdi, çünki şərəfli, əmanətdar, düz danışan və düzgünlükdə məşhur olan bir şəxsi bu ticarətə yollamışdı. Elə bu ticarət səfərindən sonra da Xədicə Muhəmməd (s)-la ailə həyatı qurdu. Bu zaman Muhəmməd (s)-ın iyirmi beş yaşı, deyilənə görə isə Xədicənin 40 yaşı varmış. Ancaq onun dünyaya gətirdiyi övladlara nəzər saldıqda isə, təxminən demək olar ki, onun yaşı qırxdan aşağı olmuşdur. Ərəb tarixçiləri bəlkə də 40 rəqəmini mükəmməl rəqəm olduğundan seçiblər.

1-10 11-20 21-22
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Sayta giris
Xeberler teqvimi
«  Avqust 2007  »
B.eCe.aCeCu.aCuSB
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtaris
Statistika
Created by Group "INFORMATIKA 9" © 2024